Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlanıb
Far.Az xəbər saytı

Ambulanslarda olan dərmanların yeni siyahısı hazırlanıb


Ambulanslarda olan dərman siyahısına yenidən baxılıb və sayı artırılıb.

"Far.Az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

O bildirib ki, təcili tibbi yardım avtomobilində olan dərman çantasında yer alan dərmanların yeni siyahısı hazırlanıb.

Müşavir qeyd edib ki, ambulanslarda dərman və tibbi sərf təminatının qəbul olunacaq standartlara cavab verməsi və bunun davamlı olması üçün yeni hazırlanan standartlar tətbiq ediləcək:

"Ambulanslar və çantalar ölkə üzrə vahid standartlar üzrə komplektləşdiriləcək. Personalın, xüsusilə, müasir və yeni alınmış cihaz və avadanlıqları, xərək sistemlərini istifadə etmək bacarıqları diqqət mərkəzində saxlanılacaq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
TƏBİB tabeli tibb müəssisələrində xəstələr üçün yeni təxliyə planı hazırlanıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Formula-1 Azərbaycan Qran Prisinə 100-dən çox tibb işçisi təhkim olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər