Türkiyədə COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim üzrə beşinci müşavirəsi keçirilə bilər
Far.Az xəbər saytı

Türkiyədə COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim üzrə beşinci müşavirəsi keçirilə bilər


Braziliya Antalyada keçiriləcək COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim məsələlərinə həsr olunmuş beşinci müşavirəsini təşkil etməyi planlaşdırır.

"Far.Az"un məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur nazirinin müavini Məhəmməd İbrahim Həsən Əl-Mənsuri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bəyan edib.

"Biz bu gündəliyi şüurlu şəkildə formalaşdırmaq və onu real məzmunla doldurmaq üçün böyük səy göstərdik. Şəhərlər sadəcə xəritədəki işarələr deyil - onlar həm də iqlim həllərinin hərəkətverici qüvvəsidir və gələcək nəsillərə miras qoymağa çalışdığımız gələcəyi formalaşdırır", - o vurğulayıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri Konfransının (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçirilməsi planlaşdırılır. Buna səbəb Avstraliyanın sammitə ev sahibliyi etmək hüququnu Türkiyəyə ötürməsi və həmsədrlikdən imtina etməsidir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər