WUF13 çərçivəsində Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar müzakirə olunub
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı, BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının tərəfdaşlığı ilə "Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar: şəhər adaptasiyası üçün iqlim maliyyəsinin səfərbər edilməsi" mövzusunda yüksək səviyyəli tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Anaklaudiya Rossbax və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini xanım Elizabet Mrema çıxış ediblər.
Tədbir zamanı Xəzər regionunda iqlim dəyişikliklərinin şəhərlərə və sahilyanı icmalara təsiri, şəhər adaptasiyası sahəsində regional əməkdaşlığın gücləndirilməsi, şəhərlərin iqlimə dayanıqlı inkişafı üçün maliyyə imkanları müzakirə olunub.
Azərbaycan hökuməti nümayəndələri, BMT rəhbərliyi, beynəlxalq maliyyə institutları və özəl sektor təmsilçilərinin iştirak etdiyi sessiyalarda Xəzəryanı ölkələr arasında təcrübə mübadiləsi, ekoloji idarəetmə və innovativ həllər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Adaptasiya Fondunun və BMT-nin Məskunlaşma Proqramının dəstəyi, BMT-nin Ətraf Mühit Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının tərəfdaşlığı ilə "Azərbaycanda iqlimə dayanıqlı şəhər və icmaların yaradılması" layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Mirror: Ronaldu Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb
-
"Barselona"nın baş məşqçisi Yamalı gələcəyin ən yaxşı futbolçusu adlandırıb
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib













