Qrossi: "Barak" AES-ə zərbə radiasiyanın geniş yayılmasına səbəb ola bilər
Far.Az xəbər saytı

Qrossi: "Barak" AES-ə zərbə radiasiyanın geniş yayılmasına səbəb ola bilər


Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Barak" Atom Elektrik Stansiyasına (AES) birbaşa zərbə radioaktiv maddələrin geniş miqyasda yayılmasına səbəb ola bilər və əhalinin yüzlərlə kilometr təxliyəsini tələb edir.

"Far.Az" xbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının obyektin ətrafındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, stansiyanın birbaşa vurulması ətraf mühitə böyük radiasiya emissiyasına səbəb ola, elektrik xətlərinin zədələnməsi isə reaktor nüvəsinin əriməsi riskini artıra bilər. Qrossi qeyd edib ki, bu, ən pis halda əhalinin təxliyəsini, yod preparatlarının istifadəsini, həmçinin 700 km məsafədə qida məhsullarına məhdudiyyətlərin qoyulmasını tələb edə bilər.

O, dinc nüvə obyektlərinə hücumların yolverilməz olduğunu vurğulayıb. R.Qrossi AEBA-nın nüvə təhlükəsizliyi üzrə ekspertləri BƏƏ-yə göndərməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər