"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
Far.Az xəbər saytı

"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib


ABŞ Prezidenti Donald Tramp mayın 18-də milli təhlükəsizlik komandası ilə görüş keçirib və İrana qarşı hərbi güc tətbiqi variantları təqdim edilib.

"Report"un məlumatına görə, bu barədə "Axios" mənbələrə istinadən xəbər verib.

Məlumata görə, görüş əvvəlcə 19 maya planlaşdırılıb, lakin Trampın İrana mümkün zərbələri təxirə saldığını elan etməsindən bir neçə saat sonra keçirilib.

Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, xüsusi nümayəndə Stiv Uitkoff, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Jon Retkliff iştirak edib.

Məlumata görə, İranla bağlı əlavə tədbirlər, diplomatik əlaqələrin vəziyyəti və mümkün hücum ssenariləri müzakirə edilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər