BMTM rəhbəri: Azərbaycan Türkiyə ilə əlaqəli şəkildə Suriyadakı yenidənqurma işlərinə töhfə verir
Azərbaycan Türkiyə ilə əlaqəli şəkildə Suriyadakı yenidənqurma işlərinə töhfə verir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə deyib.
F.Şəfiyev öncə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq proseslərinə diqqət çəkib:
"2020-ci ildən etibarən, Azərbaycan azad edilmiş ərazilərin bərpasına, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin tikintisi də daxil olmaqla 14 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Lakin Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı qlobal və regional qiymət artımları yenidənqurma xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycanın yenidənqurma strategiyası əsasən idxal olunan tikinti materiallarından, texnikadan və regional qeyri-sabitliklə, eləcə də enerji qiymətlərinin artması ilə həssaslaşan logistika şəbəkələrindən asılıdır".
O, daha sonra 13 il davam etmiş vətəndaş müharibəsinin dağıdıcı təsirlərinə məruz qalan Suriyadakı mövcud vəziyyətə də toxunub:
"Bu müharibə Suriyanın şəhər infrastrukturunu və mənzil fondunu viran qoyub. Dünya Bankının məlumatına görə, binalara və infrastruktura dəyən fiziki ziyan təxminən 108 milyard dollara çatıb, ümumi yenidənqurma xərcləri isə təxminən 216 milyard dollar olaraq qiymətləndirilir. Mənzillərin dağıdılması milyonlarla suriyalı qaçqının və məcburi köçkünün geri qayıtmasını ciddi şəkildə çətinləşdirib. Tikinti materialları, yanacaq, nəqliyyat və işçi qüvvəsinin qiymətlərinin artması yenidənqurma işlərini ləngidir, dövlətin və beynəlxalq donorların maliyyə yükünü artırır. Qeyd edək ki, Azərbaycan da Türkiyə ilə əlaqəli şəkildə Suriyadakı yenidənqurma işlərinə töhfə verir".
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır













