Serbiya ilə Kanada arasında 34 ildən sonra birbaşa aviareyslər bərpa olunub
Far.Az xəbər saytı

Serbiya ilə Kanada arasında 34 ildən sonra birbaşa aviareyslər bərpa olunub


Serbiya ilə Kanada arasında 34 ildən sonra birbaşa aviareyslər bərpa olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Belqrad hava limanından "Air Serbia"nın Belqrad–Toronto marşrutu üzrə ilk təyyarəsinin yola salınması mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün Serbiya üçün dünya ilə əlaqələri baxımından böyük və mühüm gündür:

"Çünki Şimali Amerika qitəsində mühüm bir istiqamət olan Kanada Serbiyaya daha da yaxınlaşır. Bununla Serbiya üçün dünyaya yeni qapılar açılır. Bu reyslə Serbiya ilə Kanada arasında hava əlaqəsi yenidən bərpa olunub. Milli aviaşirkətimizin 34 ildən sonra Toronto istiqamətinə uçuşları bərpa etməsindən çox xoşbəxt və qürurluyam. Bununla biz Serbiyanı yalnız dünyanın ən böyük iqtisadiyyatlarından biri ilə deyil, həm də xalqımızın iki mühüm qolunu bir-biri ilə əlaqələndiririk. Unutmayaq ki, Kanadada Serbiya əsilli minlərlə insan, eləcə də bu regiondan olan müxtəlif millətlərin nümayəndələri yaşayır və onlar öz vətənlərinə daha yaxın olacaqlar".

Qeyd edək ki, Serbiya diplomatiyasının rəhbəri yeni açılan aviareysin ilk sərnişinlərindən biridir, çünki o, nümayəndə heyəti ilə birlikdə Kanadaya səfərə yollanıb.

"Bu, Serbiyanın xarici işlər nazirinin on ildən artıq müddətdən sonra Kanadaya ilk rəsmi səfəridir. Bu, iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması deməkdir. Mən xoş niyyətlə, Serbiya haqqında təsəvvürü yeniləmək, səylərimizi, dəyərlərimizi və son iki onillikdə əldə etdiklərimizi təqdim etmək arzusu ilə gedirəm", – Curiç əlavə edib.

Belqrad və Toronto arasında uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər