Azərbaycan Premyer Liqası: Bu gün X turun daha iki görüşü baş tutacaq
Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.
"Report" xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.
"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.
Azərbaycan Premyer Liqası
II dövrə, X tur
19 oktyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu.
18:00. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”.
Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: X turun hakim təyinatları açıqlanıb
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bəlli olub
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb
Azərbaycan Premyer Liqası: “Qarabağ” – “Sabah” oyununun hakimləri açıqlanıb
Azərbaycan Kuboku: I təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib













