Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə yerləşən Cümə məscidində Qurban bayramı münasibətilə ölkənin müsəlman icması ilə görüşüb və təbrik nitqi ilə çıxış edib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Prezident çıxışında ölkədə dini tolerantlığın və müxtəlif icmalar arasında qarşılıqlı hörmətin ölkənin əsas dəyərlərindən biri olduğunu vurğulayıb.
O qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsidir və ölkənin sosial-mədəni həyatında mühüm rol oynayır.
Dövlət başçısı Qurban bayramının sülh, həmrəylik, mərhəmət və xeyirxahlıq kimi dəyərləri təcəssüm etdirdiyini bildirib və bütün müsəlman icmasını bayram münasibətilə təbrik edib.
Prezident, həmçinin Gürcüstanda dini azadlıqların qorunmasının və bütün vətəndaşların öz dini ayinlərini sərbəst şəkildə icra etməsi üçün lazımi şəraitin yaradılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.
Kavelaşvili Gürcüstan Patriarxı II İliyanın vəfatı zamanı Azərbaycan və Gürcüstan müsəlman icmasının öz milli və dini bayramlarını təxirə salaraq göstərdiyi həmrəyliyə görə minnətdarlığını bildirib.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze isə ölkədə dini azadlıqların təmin olunmasından danışıb.
Tədbirdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
-
İsrailin Livanın cənubuna hücumunda 11 nəfər həlak olub













