"İnternational" BOKT maliyyə vəziyyətini açıqlayıb
"İnternational" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 5,546 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 15 % çoxdur.
Ötən il "İnternational"ın vergiyəqədərki mənfəəti 7,026 milyon manat (16,6 % çox), mənfəət vergisi ödəmələri isə 1,48 milyon manat (22,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "International"ın aktivləri 60,651 milyon manat olub ki, bu da illik müqayisədə 33,2 % çoxdur. Bunun 51,257 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 35 % böyüyüb.
Hesabat dövründə BOKT-un öhdəlikləri 38,1 % artaraq 46,497 milyon manata, balans kapitalı isə 19,4 % artaraq 14,154 milyon manata, p cümlədən nizamnamə kapitalı 25 % artaraq 10 milyon manata çatıb.
Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.
Oxşar xəbərlər
"Avrasiya-Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
"İdeal Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Monetri" BOKT maliyyə vəziyyətini açıqlayıb
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
"Regional" BOKT maliyyə vəziyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk













