"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər
Premyer Liqada mövsümü bürünc medalla başa vuraraq ölkəmizi Konfrans Liqasında təmsil etmək hüququ qazanan "Turan Tovuz" klubu bu imkandan məhrum edilib.
BAKU.WS Sportinfo.az-a istinadla xəbər verir ki, təxminən 10 gün əvvəl UEFA-dan "Turan Tovuz" klubuna Konfrans Liqasında iştirakına qadağa qoyulması ilə bağlı rəsmi məktub daxil olub.
Klub rəhbərliyi qısa müddətdə məhkəməyə müraciət edərək məsələnin həllinə çalışıb. Hətta kömək üçün hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan AFFA-nın sabiq baş katibi Elxan Məmmədova da müraciət olunub, lakin müsbət nəticə əldə etmək mümkün olmayıb.
Digər məlumata görə, məsələnin kökü 2019-cu ildə baş verən hadisələrə gedib çıxır. Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan hesabatlara əsasən, "Turan Tovuz"un yeddi oyunçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edildiyi üçün onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulub.
"Turan Tovuz" rəhbərliyi bu qərarla hələ də razılaşmaq istəmir. Klub mümkün olan bütün instansiyalara baş vuraraq qadağanı götürməyə ümid edir. Əks halda, 32 ildən sonra avrokuboklarda iştirak hüququ qazanan Tovuz təmsilçisini mövsümü 5-ci sırada tamamlayan "Zirə" kollektivi əvəz edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













