Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı
Far.Az xəbər saytı

Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı


Bərədə də 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2115 markalı 10-HT-171 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı kanala düşüb.

1994-cü il təvəllüdlü Orxan Vüqar oğlu Babayev, 2004-cü il təvəllüdlü Röyal Rövşən oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Ayxan Natiq oğlu Hətəmov, 2007-ci il təvəllüdlü Mirşahin Yelmar oğlu Nəcəfli, 1979-cu il təvəllüdlü Efras Ayaz oğlu Paşayev, 1990-cı il təvəllüdlü Rabella Əlibaba qızı Həmidova, 2018-ci il təvəllüdlü Ömər Kamandar oğlu Həmidzadə, 1964-cü il təvəllüdlü Səkurə Yaqub qızı Həmidova, 1963-cü il təvəllüdlü Həmid Fərrux oğlu Həmidov və 1988-ci il təvəllüdlü Kamandar Həmid oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər