Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb - YENİLƏNİB
Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.
"TƏBİB"dən "Far.Az"un Qarabağ Bürosunun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.
.
Bərdə rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Far.Az"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Yol qəzasında xəsarət alan 10 nəfər - 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Şəkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğlu Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib
-
Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır
-
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib













