Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Sabahdan - 2026-cı il iyunun 1-dən etibarən Dövlət Gömrük Komitəsinin "Smart Customs" platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir.
Yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq "Elektron Ticarət Bəyannaməsi" xidmətindən istifadə mümkün olmayacaq. Artıq vətəndaşlar üç müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.
"SİMA İmza" vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış əldə edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan "SİMA İmza" istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır.
Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" tərəfindən yaradılıb. Hazırda "SİMA İmza" tətbiqinin endirilmə sayı 6.5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə "SİMA İmza" mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
-
Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb – YENİLƏNİB -2
-
Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır













