"Kredex" BOKT-un xalis mənfəəti 16 %-ə yaxın azalıb
Far.Az xəbər saytı

"Kredex" BOKT-un xalis mənfəəti 16 %-ə yaxın azalıb


"Kredex" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,095 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15,6 % azdır.

Ötən il "Kredex"in vergiyəqədərki mənfəəti 1,369 milyon manat (əvvəlki ilə nisbətən 15,7 % az), mənfəət vergisi ödəmələri 274 min manat (16 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Kredex"in aktivləri 13,288 milyon manat olub ki, bu da illik müqayisədə 7,3 % çoxdur. Bunun 13,047 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 9,5 % böyüyüb.

Hesabat dövründə "Kredex"in öhdəlikləri 10,3 % artaraq 11,893 milyon manata çatıb, balans kapitalı isə 12,7 % azalaraq 1,395 milyon manata düşüb.

Xatırladaq ki, "Kredex" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

Oxşar xəbərlər

Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"Azpul" BOKT-un xalis mənfəəti 6 dəfəyə yaxın azalıb
"Avrasiya-Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər