Cavid Abdullayev: "Azərbaycan üçün DİM 7 üzrə Yol Xəritəsinin hazırlanması yekunlaşıb"
Far.Az xəbər saytı

Cavid Abdullayev: "Azərbaycan üçün DİM 7 üzrə Yol Xəritəsinin hazırlanması yekunlaşıb"


Azərbaycan üçün DİM 7 (Dayanıqlı İnkişaf Məqsədləri 7) üzrə Yol Xəritəsinin hazırlanması prosesi uğurla başa çatıb.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 31-ci Bakı Enerji Forumunda bildirib.

C. Abdullayev vurğulayıb ki, bu sənəd Azərbaycanın energetika sektorundakı irəliləyişlərinin hərtərəfli qiymətləndirilməsini təqdim edir, əsas imkan və çətinlikləri müəyyənləşdirir: "Eyni zamanda, bu sənəd Azərbaycanın Paris Sazişi çərçivəsində Milli Səviyyədə Müəyyən Edilmiş töhfələrinin (NDC) icrasına da töhfə verir. Azərbaycan öz bərpa olunan enerji potensialını genişləndirməyə, yaşıl enerji dəhlizlərinin inkişafı və transsərhəd elektrik enerjisi ticarəti vasitəsilə regional əməkdaşlığı gücləndirməyə davam etdiyi bir vaxtda, bu Yol Xəritəsi əsaslandırılmış qərarların qəbulu və uzunmüddətli strateji planlaşdırma üçün güclü analitik baza rolunu oynayır".

O əlavə edib ki, bu Yol Xəritəsi enerji planlaşdırılması, emissiyaların modelləşdirilməsi və siyasət təhlili üçün hərtərəfli çərçivə olan NEXSTEP metodologiyası əsasında hazırlanıb: "Bu yanaşma vasitəsilə biz müxtəlif enerji keçidi yollarını qiymətləndirdik, mövcud və planlaşdırılan siyasətlərin 2035-ci ilə qədər DİM 7 hədəflərinə və iqlim öhdəliklərimizə nail olunmasını nə dərəcədə dəstəkləyə biləcəyini nəzərdən keçirdik".

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər