Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olunub
Far.Az xəbər saytı

Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olunub


Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında görüş keçirilib və tərəflər iki ölkə arasında yeni əməkdaşlıq imkanlarını qiymətləndiriblər.

"Far.Az" xəbər verir ki, A. Bayraktar "X" sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

"Görüşdə Türkiyənin və bölgənin enerji təchizatı təhlükəsizliyinə yönəlmiş strateji baxışlar müzakirə edilib, həmçinin iki ölkə arasındakı yeni əməkdaşlıq imkanlarını və potensial fürsətlər qiymətləndirilib", - Bayraktar yazıb.

Qeyd edək ki, görüş 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u çərçivəsində baş tutub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər