Ermənistanın Baş nazirinə sui-qəsd cəhdində ittiham olunan şəxs həbs edilib
Far.Az xəbər saytı

Ermənistanın Baş nazirinə sui-qəsd cəhdində ittiham olunan şəxs həbs edilib


Ermənistanın Baş naziri Nikol Paşinyana sui-qəsd hazırlayan Mqer Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

2024-cü ildən bəri xaricdə yaşayan M.Mirzoyanın və azı dörd nəfərdən ibarət qrupun Ermənistan Baş nazirini siyasi və ictimai fəaliyyəti ilə əlaqədar öldürmək niyyəti ilə qeyri-müəyyən vəsait əldə etdiyi və cinayətə hazırlıq apardığı barədə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilir ki, onlar qoruyucu geyim və maska ​​taxaraq Paşinyana ünvanlanan təhdidləri ehtiva edən videomüraciət hazırlayıblar və yayıblar. Bundan əlavə, onlar seçkiöncəsi təşviqata da mane olublar.

M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 43-155-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 8-ci bəndləri (bir qrup şəxs tərəfindən dövlət və ya siyasi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qətlə hazırlıq), həmçinin 211-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 5-ci bəndləri (bir qrup şəxs tərəfindən digər vasitələrlə təşviqata mane olma) ilə ictimai cinayət təqibi başlanıb.

Daha əvvəl bildirilib ki, ilkin istintaq zamanı Ermənistanın Baş nazirinə qarşı sui-qəsd planında iştirak edən şəxslərdən birinin şəxsiyyəti müəyyən edilib.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər