PSJ rəhbərliyi Luis Enrikedən razıdır: "O, dünyanın ən yaxşı məşqçisidir"
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçisi Luis Enrike barədə yüksək fikirlər səsləndirib.
Far.Az xəbər verir ki, klub rəhbəri yerli mətbuata açıqlamasında ispan mütəxəssisin fəaliyyəti və gələcəyi ilə bağlı sualları cavablandırarkən tərəflər arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Əl-Xelaifinin sözlərinə görə, Luis Enrike həm klubdakı işindən, həm də Parisdəki həyatından məmnundur:
"Luis Enrike PSJ-də çalışmaqdan qürur duyur. Biz də onun gördüyü işləri yüksək qiymətləndiririk və onunla əməkdaşlıq etməkdən məmnunuq. Mənim fikrimcə, o, hazırda dünyanın ən güclü məşqçilərindən biridir".
Qeyd edək ki, Luis Enrikenin PSJ ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Fransa mətbuatının yaydığı məlumata əsasən, tərəflər yeni müqavilə üzərində danışıqlar aparır və əməkdaşlığın 2030-cu ilədək uzadılması ehtimalı nəzərdən keçirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
"Qadın Dəstək Xətti"nin ispan dilli təlimatının təqdimatı keçirildi
PSJ prezidenti: Luis Enrike dünyanın ən yaxşı məşqçisidir
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi













