İrandan Azərbaycana kahının içində 22 kq narkotik keçirilməsinin qarşısı alınıb
Far.Az xəbər saytı

İrandan Azərbaycana kahının içində 22 kq narkotik keçirilməsinin qarşısı alınıb


Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə "Far.Az"a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, "Cənub-Astara" gömrük postunda İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri "kahı" ilə örtülən 191 ədəd bağlamadan xalis təmiz çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
"Kahı" adı ilə ölkəyə külli miqdarda marixuana keçirmək istədilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
"Qarpız" yükü altında 31 kiloqramdan çox həşiş aşkarlanıb
"Culfa" gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər