"Uzaq Şehir"in finalı hamını göz yaşlarına boğdu - 3 aktyor layihəni tərk etdi
Türkiyənin reytinqli layihələrindən olan "Uzaq Şehir"in mövsüm finalı izləyənləri göz yaşlarına boğub.
Far.Az xəbər verir ki, ekran işində Şahin Albora obrazına həyat verən Alper Çankaya, Boran Albora rolunu canlandıran Burç Kümbetlioğlu və Demir obrazına həyat verən Ferit Kaya senariyə əsasən öldürülüb.
Mövsüm finalında Cihan və Alyanın toyu xoşbəxtlik içində başlasa da, qısa müddət sonra hər şey döyüş meydanına çevrilib.
Boran Albora qardaşı Cihan Alboranı vurmaq üçün silaha əl atıb. Lakin atəş açıldığı anda araya girən Şahin Albora güllələrin hədəfi olub. Oğlunun yeni bir faciəyə səbəb olmasını istəməyən Sadakat, Boranı vuraraq öldürüb.
Demir obrazı isə sevdiyi Zerrin tərəfindən öldürülüb.
Serialda Alya da oğlu ilə birlikdə Kanadaya gedən təyyarəyə minərək ölkəni tərk etdi.
Tamaşaçılar serialın mövsüm finalına "Əllərin qırılsın, ssenarist!" kimi şərhlər yazıblar.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Türkiyəli nazir illər əvvəl reytinqli serialda çəkilib
Məşhur aktyor bu serialda çəkiləcək
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
2025-ci ildə nənə-baba olub, nəvə toyu görən MƏŞHURLAR - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













