UBOC "Ümid" yatağında qaz hasilatının artırılması planı üzərində işləyir
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz yatağında hazırda hasilat həcmlərinin artırılması konsepsiyanın hazırlanması davam edir.
"Far.Az"un məlumatına görə, bunu "Umid Babek Operating Company" (UBOC) şirkətinin baş direktoru Elxan Bəşirov 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, "Ümid" yatağı Azərbaycanın strateji əhəmiyyətli qaz aktivlərindən biridir: "Yataqdan çıxarılan ehtiyatlar ilk növbədə, daxili tələbatın ödənilməsinə yönəldilir. Bundan başqa, biz Xəzər hövzəsində, "Ümid" yatağının cənub cinahında yerləşən mürəkkəb yüksək təzyiqli quyuda iş aparırıq. Bu tipli quyular əvvəllər heç vaxt qazılmayıb və bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tarixində texniki cəhətdən ilk belə mürəkkəb layihədir. Həmçinin vurğulamaq lazımdır ki, hazırda biz hasilatın artırılması üçün konsepsiyanın hazırlanması ilə məşğuluq. Bu konsepsiya qaz hasilatının intensivləşdirilməsi məqsədilə infrastrukturun inkişafını və güclərin genişləndirilməsini nəzərdə tutur".
Qeyd edək ki, "Ümid" yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. Yataq 2012-ci ildə istismara verilib.
İlkin qiymətləndirmələrə görə, yatağın ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensatdır. Hazırda yataqdan gündəlik 7 milyon kubmetrə yaxın qaz və 0,8 min tona yaxın kondensat hasil olunur.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirib
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı













