5 ilə qədər həbsi istənilən Acun Ilıcalının məhkəməsi oldu - Bəraət hökmü çıxarıldı
Məşhur iş adamı və aparıcı Acun Ilıcalı haqqında qanunsuz mərc reklamları ilə bağlı açılmış məhkəmə işi üzrə qərar elan olunub.
BAKU.WS xəbər verir ki, işə İstanbul 25-ci Asliye Cəza Məhkəməsində baxılıb.
Keçirilən son məhkəmə iclasında hakim heyəti qərarını açıqlayıb.
Məhkəmənin qərarına əsasən, Acun Ilıcalı və onunla birlikdə mühakimə olunan televiziya kanalı və platformanın 7 rəhbər şəxsi irəli sürülən ittihamlar üzrə təqsirsiz bilinərək bəraət alıblar.
Beləliklə, uzun müddətdir ictimaiyyətin diqqət mərkəzində olan "qanunsuz mərc reklamı" işi üzrə məhkəmə prosesi Acun Ilıcalının və digər təqsirləndirilən şəxslərin lehinə yekunlaşıb.
Xatırladaq ki, istintaq materiallarına əsasən, Ilıcalının sahibi olduğu televiziya kanalı və rəqəmsal platformada yayımlanan bəzi futbol qarşılaşmaları zamanı qanunsuz mərc şirkətlərinin reklamlarının nümayiş etdirildiyi və bununla insanların mərc oyunlarına təşviq edildiyi iddia edilirdi.
Araşdırmanın yekununda hazırlanan ittiham aktında Acun Ilıcalı da daxil olmaqla ümumilikdə 8 nəfərin 1 il 3 aydan 5 il 3 aya qədər azadlıqdan məhrum edilməsi tələb olunurdu.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
Şərqi Zəngəzurla Naxçıvan arasında 1 000 MVt-lıq layihə: Müzakirələr başladı
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur













