İlandağ yazısı deşifrə edilib
İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər.
Tarix elmləri doktoru, professor Vəli Baxşəliyev "Far.Az"un yerli bürosuna verdiyi müsahibədə bildirib ki, yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub.
Məlum olub ki, kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.
"Yazıda Urartu hökmdarı İşpuni və sonradan hökmdar olan oğlu Menuanın adları çəkilir. Mənbədə qeyd olunub ki, onlar Ərəzin kəndindən keçərək, həmin dövrdə Arşin adlandırılan ərazi vasitəsilə Araz çayını adlayıb Pluadi ölkəsinə gediblər. Burada tanrı Xaldinin və hökmdarın xanımının şərəfinə qurbanlar təqdim ediblər".
Alim deyib ki, Urartular Naxçıvana bir neçə istiqamətdən – həm şimaldan, həm də indiki Sədərək bölgəsi tərəfdən hücumlar təşkil ediblər:
"Həmin dövrdə ərazidə güclü tayfa ittifaqı - İtuni Konfederasiyası mövcud olub. Bu səbəbdən Urartuların yürüşləri uğursuzluqla nəticələnib və onlar cənuba doğru geri çəkilməyə məcbur olublar".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
20 ballıq cərimə limiti artırılır?
-
SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"
-
İtaliya sahillərində 6,1 maqnitudada zəlzələ olub
-
"Hizbullah" Livanın bütün ərazisində atəşkəsə razılıq verib
-
Bakı Enerji Forumuna bu gün yekun vurulur
-
Neftimizin qiyməti 104 dolları keçib













