Heydər Əliyev adına NEZ-in Mərkəzi Laboratoriyası beynəlxalq akkreditasiyadan keçib
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) laboratoriyası EN 590 sınaq parametrlərinə uyğun olaraq Avro-5 dizel məhsulu üzrə beynəlxalq ISO/IEC 17025 akkreditasiyasını əldə edib.
SOCAR-dan bildirilib ki, Türkiyə Akkreditasiya Mərkəzinin (TÜRKAK) həyata keçirdiyi akkreditasiya auditindən sonra avqustun 20-də qurumun rəhbəri Banu Müderrisoğlu müvafiq sertifikatları “SOCAR Downstream Management” MMC şirkətinin baş direktoru Emil Alxaslı və şirkətin laboratoriyalar üzrə direktoru Volkan Şenola təqdim edib.
Akkreditasiyanın əsas üstünlüyü NEZ laboratoriyasının sınaq nəticələrinin beynəlxalq səviyyədə tanınmasıdır. Beynəlxalq Laboratoriya Akkreditasiya Qurumu (ILAC) tərəfindən beynəlxalq akkreditasiyanın əldə edilməsi ixrac bazarlarına daha asan çıxış imkanı yaradır və etibarlı məhsul keyfiyyətini təmin edir.
ISO/IEC 17025 akkreditasiyası beynəlxalq standartlara uyğunluğun və texniki səriştəliliyin ən etibarlı göstəricisi olmaqla yanaşı, tərəfsizlik və məxfilik aspektlərini də ehtiva edir.
Hazırda zavodun laboratoriyasının Azərbaycan Akkreditasiya Mərkəzində (AZAK) akkreditasiyasının tamamlanması üzrə işlər həyata keçirilir.
Far.AzOxşar xəbərlər
Qanada Afrikanın ən böyük neft emalı kompleksi tikiləcək
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib
“Araz”la əməkdaşlıq kiçik sahibkarların inkişafına töhfə verir
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq













