Milyonlar qazandı, evin kirayəsini verə bilmədi - Mikki Rurk niyə Hollivuddan silindi?
Amerikalı aktyor Mikki Rurk şöhrətin zirvəsini də gördü, təkliyin ən ağır səssizliyini də yaşadı. Küçə döyüşlərindən boksa, oradan isə Hollivudun parlaq işıqlarına uzanan həyatı əslində özünü axtaran bir insanın hekayəsi idi. İnsanların gördüyü sərt baxışların arxasında isə həmişə yorğunluq, yarımçıq sevgilər və daxili ağrılar gizlənirdi.
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, əsl adı Filip Andre Rurk olan aktyor 1952-ci il sentyabrın 16-da anadan olub. Valideynlərinin ayrılmasından sonra anası ilə birlikdə Floridaya köçən Rurk çətin uşaqlıq illəri keçirib və təsəllini boksda tapıb. Bir vaxtlar Məhəmməd Əlinin məşq etdiyi zalda hazırlaşsa da, aldığı ağır zədələr səbəbindən boksu tərk edib və aktyorluğa üz tutub. Bacısından borc aldığı 400 dollarla Nyu-Yorka gedən Rurk aktyorluq təhsili alıb və qısa müddətdə diqqət çəkməyə başlayıb. "Bədən hərarəti" və "9 həftə yarım" filmləri ona dünya şöhrəti qazandırıb. Lakin çətin xarakteri və verdiyi mübahisəli qərarlar karyerasında enişə səbəb olub.
1990-cı illərdə yenidən boksa qayıdan aktyor bir sıra ağır zədələr alıb. Çoxsaylı plastik əməliyyatlar onun görünüşünü ciddi şəkildə dəyişib. Bir vaxtlar milyonlar qazanan Rurk sonradan maddi çətinliklərlə üzləşdiyini də etiraf edib.
2008-ci ildə Darren Aronofskinin "Restler" filmi onun karyerasında dönüş nöqtəsi olub. Film Rurka "Qızıl Qlobus" mükafatı qazandırıb və onu yenidən Hollivudun diqqət mərkəzinə qaytarıb. Aktyor sonralar etiraf edirdi ki, həyatında çox şey itirsə də, ona yenidən ayağa qalxmaq gücü verən məhz aktyorluq olub.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













