İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir
Far.Az xəbər saytı

İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir


İran bütün mülki gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini istəyir.

"Far.Az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin "Telegram" kanalında "Al Mayadeen" telekanalına dünənki müsahibəsinin təfərrüatı barədə paylaşımında qeyd olunub.

"Hörmüzün sahilyanı ölkələri olaraq İran ilə Oman boğazın idarə edilməsi və oradan keçidə nəzarət barədə bir-biri ilə məsləhətləşmək üçün təbii hüquqa malikdir və bizim də etdiyimiz budur", - o bildirib. Nazir əlavəı edib ki, hazırda səylər Hörmüz boğazının idarə edilməsi üçün atılan addımların beynəlxalq hüquqa tam uyğun olmasına yönəlib.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər