Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir
Far.Az xəbər saytı

Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar "ASAN xidmət" avtobusu Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunan xidmət çərçivəsində Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, habelə məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstərilir.

Hazırda səfirliyin inzibati binasında vətəndaşların qəbulu davam edir.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar öncədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qəbul üçün növbə aşağıdakı ünvandan əldə edilə bilər:

appointment.mfa.gov.az/az

Portalda səfirlik seçildikdən sonra müvafiq xidmət və müraciət tarixi (5, 6 və ya 7 iyun) qeyd edilməlidir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər