İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb
Far.Az xəbər saytı

İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb


Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Bolqarıstana “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

"Far.Az" Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Astarada İrandan Rusiyaya göndərilən 10 minə yaxın narkotik həb aşkarlanıb
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
AYNA: "Qırmızı-Körpü” gömrük postunda 400 avtomobil gözləyir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İrəvan sakinləri İranla sərhəddən 14 kq narkotik vasitə keçirməyə cəhd göstərərkən saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər