Türkiyə Ermənistandakı seçkilərdən sonra Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir
Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XIN) bəyanatında bildirilib.
Ankarada səsvermənin yekunlarını alqışlayıb və onun nəticələrinin erməni xalqının rifahına xidmət etməsini arzulayıblar.
"Ümid edirik ki, seçkidən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını mümkün edəcək şərait yaradılacaq", - Türkiyə XİN-dən vurğulanıb.
Həmçinin qeyd edilib ki, Türkiyə Cənubi Qafqaz dövlətlərinin ümumi maraqları əsasında regionda sabitliyin təmin olunması prosesini dəstəkləməyə davam edəcək.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













