Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı
"Avroviziya 2011" qalibi Eldar Qasımov son illər Azərbaycanın müsabiqədə uğursuz çıxış etməsinə münasibət bildirib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, müğənni "Künc-bucaq" layihəsində qonaq olarkən təmsilçilərimizin son dörd ildə final mərhələsinə vəsiqə qazana bilməməsindən danışıb. Eldar bildirib ki, problemin səbəbini axtarmaq əvəzinə, müsabiqəyə yanaşmanı dəyişmək lazımdır:
"Səbəbi axtarmaq lazım deyil. Düşünürəm ki, başqa cür yanaşmaq lazımdır. Seçimləri başqa formada etməliyik. Xaricdən müəlliflər çağırmaq lazımdır. Bizim müəlliflə birlikdə mahnı yazsınlar. Yaxşı ifaçı tapıb ona bəstə təqdim etməlidirlər. Yanaşmanı dəyişib, düzgün yol tapmalıdırlar".
Müğənni vurğulayıb ki, müasir dövrdə müsabiqədə uğur qazanmaq üçün təkcə səhnə performansı kifayət etmir:
"İndi performans deyil, həm ünsiyyət, həm piar, həm də nüfuzunu göstərmək bacarığıdır. Formatı dəyişsək, maraqlı nəticəyə gələ bilərik".
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR
Eldar Qasımov Bolqarıstanın "Eurovision-2026" milli seçim finalının ulduz qonağı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













