SEPAH: İran ABŞ-nin hücumuna hazırdır
ABŞ ilə İsrail nə 12 günlük savaş, nə də 40 günlük müharibədə İrana qalib gələ bilib.
"Report" xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə "Tasnim"ə müsahibəsində deyib.
"Düşmənlərimiz 12 günlük müharibədən əvvəl çox gurultulu bəyanatlar verirdilər, lakin döyüş meydanındakı reallıq fərqli idi", - o bildirib və əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sözləri ziddiyyətlidir.
S. Həsənzadə bunu döyüş meydanındakı hazırkı mənzərə ilə izah edib:
"Bu gün dünya Hörmüz boğazı üzərindəki nəzarətdə silahlı qüvvələrin gücü və İran xalqının iradəsini görür".
Xatırladaq ki, S. Həsənzadə mayın 28-də İran ordusunun bütün bölmələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazır oldğunu bəyan edib. ABŞ isə bu gün İrana çox güclü zərbə endirməyə hazırlaşır.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
ABŞ ordusunun briqada generalı Azərbaycana gəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub













