4SİM rəhbəri: "2030-cu ilə qədər rəqəmsal investisiyalardan altı qat gəlir planlaşdırılır"
Rəqəmsal iqtisadiyyat strategiyası çərçivəsində 2030-cu ilədək hər 1 dollar investisiyadan 6 dollar iqtisadi gəlir əldə edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda Bakıda keçirilən "Technovation" Forumunda bildirib.
O bildirib ki, böyük müəssisələrin daxilində fəaliyyət göstərən bəzi startapların müstəqil şirkət (spin-off) formasında yaradılması istiqamətində təşviqedici addımlar atılır:
"Paralel olaraq "Emerge" və "Baku ID" kimi genişmiqyaslı beynəlxalq investisiya proqramlarına dəstək veririk. Dünya İqtisadi Forumu ilə aktiv əməkdaşlıq aparırıq. Yaxın vaxtlarda Forumun "Onuncu Sənaye Klasterləri" təşəbbüsünə qoşulmaq məqsədilə xüsusi razılaşma imzalanıb. Bu addım vasitəsilə Azərbaycan sənayesini beynəlxalq sənaye klasterlərinə inteqrasiya etməyi hədəfləyirik ki, şirkətlər qarşılıqlı şəkildə daha səmərəli təcrübə mübadiləsi apara bilsinlər".
Bundan əlavə, F. Cəfərovun sözlərinə görə, ali təhsil müəssisələri üçün xüsusi kurikulum proqramlarının işlənib hazırlanması nəzərdə tutulub: Rəqəmsal iqtisadiyyat strategiyası daxilində azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almasını faktiki olaraq dəstəkləyən ayrıca təşəbbüs də fəaliyyət göstərir.
Hökumət eyni zamanda data elmi ("data science"), süni intellekt (AI), kibertəhlükəsizlik və digər prioritet istiqamətlər üzrə ixtisaslaşdırılmış təhsil və bacarıq artırma proqramları formalaşdırır".
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













