Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Van şəhərində konsert proqramı ilə çıxış edib
Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin Van şəhərində konsert proqramı keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupu və solistləri Türkiyənin Van şəhərində Azərbaycan Dərnəyinin açılış mərasimində geniş konsert proqramı ilə çıxış ediblər.
Konsert Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupunun baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovun rəhbərliyi ilə keçirilib.
Belə ki, solistlərdən Bəhruz Quliyev , Əfsanə Babayeva və rəqs qrupunun ifasında "Salam gətirmişəm", "İncəlik", "Azərbaycan", "Naz eləmə", Sarı gəlin, "Ey Vətən" və digər musiqi və rəqs nömrələri təqdim olunub.
Təqdim olunan nömrələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada yol tamamilə çökdü
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Ciqan valideynlikdən məhrum oluna bilər













