Məcnun Məmmədov: "Aqrar elmi tədqiqatlar istehsalın real ehtiyaclarına yönəldiləcək"
Azərbaycanda aqrar sahədə aparılan elmi tədqiqatların istehsalat və biznesin real tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.
"Far.Az"un Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.
Nazirin sözlərinə görə, sovet dövründə formalaşmış aqrar elmi baza ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfə verib və onun nəticələri bu gün də hiss olunur: "Bununla belə, son illərdə aparılan elmi tədqiqatların əhəmiyyətli hissəsi özəl sektorun və istehsal sahələrinin ehtiyacları ilə kifayət qədər əlaqəli olmayıb. Nəticədə həmin tədqiqatların iqtisadiyyata təsiri gözlənilən səviyyədə görünməyib".
M.Məmmədov bildirib ki, qarşıdakı dövrdə aqrar elmi tədqiqatlar daha çox fermerlərin, sahibkarların və istehsalçıların ehtiyaclarına uyğun istiqamətləndiriləcək: "İstehsalatda qarşıya çıxan problemlər və yeni ideyalar üzrə birgə tədqiqatların aparılması həm məhsuldarlığın, həm də səmərəliliyin artırılmasına imkan verə bilər. Dünyada kənd təsərrüfatında uğur qazanan ölkələrin təcrübəsi göstərir ki, inkişafın əsas şərtlərindən biri elm və istehsalat arasında sıx əməkdaşlığın qurulmasıdır".
Nazir həmçinin fermerləri və sahibkarları aqrar sahədə yaradılmış rəqəmsal platformalardan daha fəal istifadə etməyə çağırıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













