Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək
Far.Az xəbər saytı

Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək


2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, prosesə hazırlıq işləri yekunlaşıb.

"Cari ildə ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox müəllim 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək".

Bildirilib ki, prosesin şəffaflığı və operativliyini təmin etmək məqsədilə imtahan mərkəzlərində bütün zəruri texniki və təşkilati tədbirlər görülüb.

"Sertifikatlaşdırma yalnız bir qiymətləndirmə vasitəsi deyil, eyni zamanda müəllimlərin öz üzərlərində işləməsi və peşəkar inkişafı üçün yeni imkanlar yaradan bir platformadır".

Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib. Sertifikatlaşdırma prosesi pedaqoji heyətin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər