"Woman" sərgisi qadın rəssamların yaradıcılığını təqdim edib
"Turan Art Studio and Gallery"nin təşkilatçılığı ilə 13–14 iyun 2026-cı il tarixlərində "D"art Gallery"də keçirilən "Woman" sərgisi sənətsevərlərə azərbaycanlı qadın rəssamların yaradıcılığını təqdim edib.
"Report" xəbər verir ki, iyunun 13-də açılışı baş tutan sərgidə natürmort, portret, mənzərə və yaradıcı kompozisiya janrlarında ərsəyə gətirilmiş əsərlər nümayiş olunub.
Yağlı boya texnikasında işlənmiş əsərlər impressionizm və realizm ənənələrinə əsaslanaraq müəlliflərin fərdi təcrübələrini, emosional dünyalarını və bədii baxışlarını əks etdirir. Müxtəlif mövzu və yanaşmaları bir araya gətirən ekspozisiya qadın rəssamların yaradıcılıq ifadələrinin zənginliyini və müxtəlifliyini nümayiş etdirir.
Sərginin konseptual xətti təbiət motivləri üzərində qurulub. Burada təbiət elementləri yalnız dekorativ vasitə kimi deyil, həssaslıq, dayanıqlılıq, daxili inkişaf və özünü kəşf proseslərinin metaforik ifadəsi kimi təqdim olunur. Əsərlərdə təbiətlə insanın daxili aləmi arasında qurulan əlaqə fərqli vizual həllər vasitəsilə ifadə edilir.
Ekspozisiyada "Turan Art Studio and Gallery" tərəfindən təmsil olunan 30 rəssamın 45-ə yaxın əsəri nümayiş olunur. Sərginin kuratoru peşəkar rəssam Turan Muxtarzadədir.
İyunun 14-də də ziyarətçilərin üzünə açıq olan sərgiyə giriş ödənişsizdir və geniş ictimaiyyətə qadın rəssamların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradır.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"













