"Kaş meyxana deməzdik" - Orxan Lökbatanlıdan Aydın Xırdalanlı barədə ETİRAF
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli meyxana ustası Aydın Xırdalanlıya həsr olunub.
Mərhum sənətkarın anası Bikəxanım Quliyeva oğlunun sağlığında onun sənətinə münasibətdən danışıb:
"Əvvəl çox sevinmirdim, fəxr etmirdim. Mənə qəribə gəlirdi, bir yerə gedəndə "Aydının anası" deyiləndə çox utanırdım. Deyirdim ki, burada nə var ki, meyxanadır da. Sonradan, artıq ölümündən sonra onunla fəxr etməyə başladım".
Həmkarı, meyxana ustası Orxan Lökbatanlı isə Aydın Xırdalanlının yoxluğunun yaratdığı boşluqdan və sənətdən uzaqlaşmasından bəhs edib:
"Mən həmişə deyirəm, kaş meyxana deməzdik. Təxminən bir ilə yaxındır ki, meyxana məclislərinə getmirəm. İçimdəki o yoxluğu, o təkliyi heç kimə izah edə bilmirəm. Adam qəribsəyir. Oturursan, ətrafına baxırsan ki, o insanlar yoxdur. Demirəm, başqaları pis meyxana söyləyir, söhbət ondan getmir. Sadəcə sənə doğma olan simalar artıq yoxdur".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda tanınmış özbək miniatür ustası Cahangir Aşurovun sərgisi açılıb
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
"At gücü" - Klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













