Xalq artisti aparıcıların geyimlərini tənqid etdi
Far.Az xəbər saytı

Xalq artisti aparıcıların geyimlərini tənqid etdi


"Açıq geyinməyi sevmirəm. Yaxası, qolları açıq geyinmək olmaz".

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Bir gün" verilişində deyib. Tanınmış aparıcı gənc aparıcıların geyimlərini tənqid edib.

O bildirib ki, indiki aparıcılar efirdə açıq geyimlərdən istifadə edirlər:

"Tamaşaçıya hörmət etmək lazımdır. Tamaşaçı onu görən zaman sevmir, əsəbiləşir. Qadınlar, kişilər yolda məni görəndə dayanıb deyirlər ki, heyif deyildi o vaxt. Hörmət var idi. Niyə gənclərə demirsiniz ki, çox açıq geyinməsinlər? Kimə lazımdır? Heç kəsə. Bir az səliqəli olsunlar. Ərkim çatana deyirəm, çatmayana isə yox. Qışda qolu, yaxası açıq efirə çıxmasınlar. İşıqlar altında əziyyət çəkib, efirə çıxırsınız. Əziyyətinizin bəhrəsini görün, insanlar sizi sevsin".

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər