Ramil Həsən və Cevdet Yılmaz TÜRKPA-nın gələcək fəaliyyət istiqamətlərini müzakirə edib
Far.Az xəbər saytı

Ramil Həsən və Cevdet Yılmaz TÜRKPA-nın gələcək fəaliyyət istiqamətlərini müzakirə edib


Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyədə rəsmi görüşləri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

"Far.Az" xəbər verir ki, R.Həsən görüşdə son dövrdə qurumun həyata keçirdiyi layihələr, daimi komissiyaların və qrupların fəaliyyəti, Türkiyə vitse-prezidentinin Azərbaycana son səfəri çərçivəsində TÜRKPA-ya ziyarətindən böyük məmnuniyyət duyduğunu vurğulayıb.

O, eyni zamanda, görülən işlərlə bağlı ətraflı məlumat verib, həmçinin qardaş türk dövlətləri arasındakı münasibətlərin yeni mərhələyə yüksəldilməsi, Türk Dövlətləri Təşkilatı nəzdində dövlət başçılarının həyata keçirdiyi mühüm strateji tarixi qərarların parlamentlər tərəfindən ratifikasiya edilməsi kimi proseslərdə TÜRKPA-nın oynadığı və oynaya biləcəyi roldan bəhs edib, gələcək planlardan danışıb.

Cevdet Yılmaz da öz növbəsində TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, bundan sonra da Türk Dövlətləri Parlament Assambleyasının strateji münasibətlərinin inkişafı, yeni mərhələdə gücləndirilməsi, parlament diplomatiyasının və parlamentlər arasında qanunvericiliklərin yaxınlaşdırılması və ortaq parlament platformasının qurulması kimi istiqamətlərdə qurumun xüsusi və mühüm rolundan bəhs edib.

O, Türkiyə olaraq TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə əlindən gələn dəstəyi göstərməyə davam edəcəyini də vurğulayıb.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər