Muhammad Usman: "Ali audit qurumları texnoloji dəyişikliklərlə ayaqlaşmalıdır"
Rəqəmsal transformasiya dövründə ali audit institutları da texnoloji yeniliklərlə addımlamağa və audit prosedurlarını müasir standartlara uyğunlaşdırmağa borcludur.
"Report" xəbər verir ki, bunu Pakistanın ali audit orqanının Audit departamentinin baş direktoru Muhammad Usman İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda təşkil edilən paneldə bildirib.
Auditor qeyd edib ki, dövlət qurumları vətəndaşlara xidmət göstərilməsi prosesində rəqəmsal texnologiyalardan geniş şəkildə faydalanır və bu da böyük həcmdə verilənlərin yaranmasına səbəb olur.
"Məhz buna görə ali audit qurumlarının həm öz audit fəaliyyətlərini rəqəmsal platformalara keçirməsi, həm də rəqəmsal hökumət sistemlərinin auditini həyata keçirmək üçün yeni səriştələr əldə etməsi zəruridir. Pakistan kağız əsaslı auditdən tam rəqəmsal audit modelinə transformasiya istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə auditin bütün fazalarını əhatə edən Audit İdarəetmə İnformasiya Sistemi tətbiq edilib və audit həyat dövrünün avtomatlaşdırılması reallaşdırılıb", - M. Usman bildirib.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Filippinli səyyah Qarabağda dağ-xizək turizminin inkişaf perspektivlərini qeyd edib
-
Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb













