MEDİA rəsmisi: Region jurnalistləri üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub
Far.Az xəbər saytı

MEDİA rəsmisi: Region jurnalistləri üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub


Region mediasında fəaliyyət göstərən jurnalistlər üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

“Report”un Qərb bürosunun məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səidə Şəfiyeva Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, MEDİA region jurnalistləri üçün müəyyən layihələrin gerçəkləşdirilməsini nəzərdə tutur:

“Medianın İnkişafı Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti və inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır. Qeyd etməliyəm ki, bu günə qədər müxtəlif regionlarda media subyektlərinin nümayəndələri, bölgə ictimaiyyəti və gənclərlə bir çox görüşlər, seminarlar keçirilib, həmin tədbirlərdə əhəmiyyətli nəticələr əldə olunub.

Bu gün Gəncədə media mühitinin hüquqi tənzimlənməsi ilə bağlı, həm də sosial mediada jurnalistlərin peşə davranış qaydaları ilə bağlı növbəti təlimlərimiz baş tutdu.

Ümumilikdə region mediasının inkişafı istiqamətində nəzərdə tutulan illik iş planımızda fərqli bölgələrdə fəaliyyət göstərən media nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, jurnalistlərin təşkil edilən müsabiqələrdə iştirakı məqsədi ilə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər