"Güclü Ermənistan" blokunun nümayəndəsi Kazinyan həbs edilib
Far.Az xəbər saytı

"Güclü Ermənistan" blokunun nümayəndəsi Kazinyan həbs edilib


"Güclü Ermənistan" blokundan ("Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın partiyası) deputalığa namizəd David Kazinyan həbs edilib.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan bildirib.

"Antikorrupsiya Məhkəməsi David Kazinyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Vəkil məhkəmənin qərarından şikayət etmək niyyətindədir", - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası David Kazinyanı toxunulmazlıqdan məhrum edib.

Daha əvvəl vəkil D.Kazinyana qarşı cinayət işinin "rüşvət verməyə hazırlıq"la bağlı olduğunu bildirmişdi.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
İrəvan məhkəməsi Samvel Karapetyanı həbsdə saxladı
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər