Fərhad Abdullayev: Süni intellekt hakim mülahizəsini tam əvəz edə bilməz
Far.Az xəbər saytı

Fərhad Abdullayev: Süni intellekt hakim mülahizəsini tam əvəz edə bilməz


Süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz.

"Report" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt məhkəmə sistemində də böyük imkanlar yaradır:

"Məhkəmə praktikasının sistemləşdirilməsi, hüquqi məlumat bazalarının təhlili və məhkəmə xidmətlərinin əlçatanlığının artırılması baxımından bu texnologiyalar faydalı vasitə ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin mahiyyəti yalnız texniki prosedurlarla məhdudlaşmır. Onun əsasında hüquqi təfəkkür, vicdan, daxili inam və insan hüquqlarının mahiyyətinin düzgün qiymətləndirilməsi dayanır. Buna görə də süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər