Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz qayıdışına şərait yaratmalıdır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərbi azərbaycanlıların yaşadığı faciələrə Naxçıvan da şahidlik edib və bu baxımdan belə tədbirlərin məhz burada keçirilməsi xüsusi məna daşıyır.
Ə.Ələkbərli qeyd edib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı fundamental insan haqları və beynəlxalq hüquqa uyğundur.
QAİ sədri regionda yaranmış yeni reallıqların Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışının qaçılmaz olduğunu göstərdiyini vurğulayıb.
O əlavə edib ki, Ermənistan bu reallığı qəbul edərək Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz, ləyaqətli və dinc qayıdışına şərait yaratmalıdır.
Oxşar xəbərlər
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













