Lukaşenko prezident seçkilərində Belarusun mümkün təxribatlara hazır olduğunu açıqlayıb
Far.Az xəbər saytı

Lukaşenko prezident seçkilərində Belarusun mümkün təxribatlara hazır olduğunu açıqlayıb


Belarus prezident seçkilərinə hazırdır və seçki prosesi zamanı qarşılaşa biləcəyi istənilən təxribat və müdaxilələrə cavab verə biləcək.

“Far.Az” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “İzvestiya” qəzetinə müsahibəsində deyib.

O, hansısa təxribatın olmasını istisna etməyib. “Amma 2020-ci il seçkilərindən sonrakı kütləvi etirazlar daha olmayacaq. Biz buna imkan verməyəcəyik, çünki bunu kimin etdiyini bilirik”, - A.Lukaşenko bildirib.

Belarusda “rəngli inqilab” olmadığını söyləyən dövlət başçısı prezident kimi o zaman dövləti müdafiə etməyə məcbur qaldığını və buna nail olduğunu vurğulayıb. “Onların seçkilərimizə müdaxilə etdiyini, ölkəni alt-üst etmək istədiklərini sübuta yetirmək üçün başqa hansı sübutlar lazımdır ki?!”, - Belarus lideri qeyd edib.

Bundan əlavə, o hesab edir ki, müxalifət hakimiyyətə gəlsə, NATO müharibəyə başlayacaq. Onun sözlərinə görə, alyans Litva və Polşadakı hərbi birləşmələri Belarus ərazisinə daxil olmaq üçün hazırlayıb və bundan sonra müxalifət onları ölkəyə daxil olmağa dəvət edə bilər.

Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər