Rumıniyalı nazir: Rusiya qazının bir molekulunu da idxal etmirik, Azərbaycandan alırıq
Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ölkəsinin Rusiya qazının “bir molekulunu belə” idxal etmədiyini bildirərək Türkiyə üzərindən Azərbaycandan qaz aldığını bildirib.
“Far.Az” xəbər verir ki, bu barədə hökumət üzvü “Digi24”ə danışıb.
“Rumıniya Rusiya qazının bir molekulunu belə idxal etmir və bütün Avropa ölkələri də özlərini məhz belə aparmalıdırlar”, – o söyləyib.
Nazir Rumıniyanın bəzi qonşularının Rusiya qazı qarşısında seçimsiz qaldığına diqqət çəksə də, Buxarestin qaz üçün Azərbaycana üz tutduğunu etdiyini vurğulayıb:
“Əlbəttə, seçimləri olmadığını və Rusiyadan idxal etməyə davam etməli olduqlarını söyləyən qonşularımız da var. Ümumiyyətlə, biz Bolqarıstanla münasibətlərə uyğun olaraq idxal edirik, yəni o cümlədən Azərbaycandan gələn qaz Türkiyədən böyük magistrallar vasitəsilə gəlir, lakin Türkiyəyə çatanda o, Türkiyə qazı hesab olunur”.
Xatırladaq ki, apreldə “Far.Az”a müsahibəsində “Avropanın qalan hissəsi üçün Azərbaycan qazına çıxış”ın vacibliyinə toxunan Burduja bunu “Rusiya qazına başqa təhlükəsiz alternativ”in olmaması ilə əsaslandırmışdı.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













