Fərid Qayıbov: Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim önəm verib
Əhalisinin təxminən 22,5 %-ni gənclərin təşkil etdiyi Azərbaycanda gənclərə investisiya qoyuluşu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
"Far.Az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasında açılış nitqi zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsil, sahibkarlıq, innovasiya, könüllülük, idman və beynəlxalq əməkdaşlıq sahələrində iştirakını genişləndirməyə yönəlmiş ardıcıl və əhatəli siyasət həyata keçirilir:
"Azərbaycan beynəlxalq gənclər əməkdaşlığının təşviqinə daim xüsusi önəm verib. Azərbaycanda dialoqu, təcrübə mübadiləsini və ümumi çağırışlara birgə həll yollarının tapılmasını təşviq edən çoxsaylı beynəlxalq gənclər tədbirləri və təşəbbüsləri təşkil olunub".
Nazir qeyd edib ki, qlobal problemlərin həllində də gənclərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır.
"Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində gənclər iqlim fəaliyyəti, yaşıl inkişaf və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələrdə fəal iştirak ediblər. Eyni zamanda, Dünya Şəhərsalma Forumu gənclərin daha inklüziv, dayanıqlı və davamlı şəhərlərin formalaşdırılmasına töhfə verməsi üçün mühüm platformaya çevrilib. Bu təcrübə bir daha göstərir ki, gənclər yalnız həllərin icrasında deyil, onların hazırlanması və formalaşdırılması prosesində də iştirak etməlidirlər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib













