Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub
Far.Az xəbər saytı

Azərbaycan səfiri Qazaxıstanın "Dostık" ordeni ilə təltif olunub


Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycan səfiri Ağalar Atamoğlanovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

"Far.Az"un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı nazir ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycan diplomatına təşəkkür edib.

Koşerbayev Qazaxıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd edib və qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Diplomatik karyeranız ərzində Azərbaycan Respublikasını ləyaqətlə təmsil etmiş və ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfələr vermişsiniz. Siz Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasında birbaşa iştirakçı oldunuz", - deyə o əlavə edib.

Azərbaycan səfiri Ağalar Atamoğlanov öz növbəsində Qazaxıstan tərəfinə missiyası zamanı göstərilən hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib.

Görüşün sonunda Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev adından səfirə Qazaxıstan ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafına verdiyi töhfəyə görə II dərəcəli "Dostık" ordenini təqdim edib.

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər