Türkiyə XİN rəhbəri: İsrailin ABŞ və İran arasındakı danışıqları sabotaj etməsinə icazə verilməməlidir
Far.Az xəbər saytı

Türkiyə XİN rəhbəri: İsrailin ABŞ və İran arasındakı danışıqları sabotaj etməsinə icazə verilməməlidir


"ABŞ və İran arasında atəşkəsin təmin edilməsinə dair anlaşma memorandumunun imzalanmasından çox məmnunuq. Həmçinin, bu atəşkəsin Livanı da əhatə etməsini müsbət bir inkişaf kimi qiymətləndiririk".

"Far.Az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazından fasiləsiz və sərbəst keçidin təmin edilməsi vacibdir:

"Türkiyə olaraq, ABŞ və İran arasında davam edən danışıqlar prosesinə töhfə verməyə davam edəcəyik. İsrailin bu danışıqları sabotaj etməsinə icazə verilməməlidir və beynəlxalq ictimaiyyət bu məsələdə son dərəcə ayıq-sayıq olmalıdır".

Oxşar xəbərlər

XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
Kanadanın XİN rəhbəri Anita Anand Türkiyədə səfərdədir
Hakan Fidan: Yaxın Şərqdə müharibənin fəsadları beynəlxalq nizamı poza bilər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Anita Anand: G7 görüşündə İran ətrafındakı münaqişədə deeskalasiyaya nail olmağa çalışacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər